Bütün xəbərlər
Suriya prezidenti əl-Şara Suriyanın müharibəyə hazır olduğunu bildirib
Tarix: 17-07-2025 08:38 | Bölmə: Dünya

İsrailin hücumları fonunda Suriya prezidenti Əhməd əl-Şara bildirib ki, Suriya müharibədən qorxmur və öz ləyaqəti uğrunda döyüşməyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Suriya lideri onların hüquqlarının müdafiəsini respublikanın hazırkı hökuməti üçün prioritet kimi müəyyən edərək, kömək üçün druzlara müraciət edib. “Reuters” xəbər verir ki, eyni zamanda dövlət başçısı druzların “xarici qüvvələrin əlinə” verilməsi cəhdlərini qəti şəkildə rədd edib.
"Suriya xalqı müharibədən qorxmur və ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır", - əl-Şara deyib.
Bir gün əvvəl məlum olub ki, İsrailin Suriya Baş Qərargahının Dəməşqin mərkəzində və prezident sarayının yaxınlığındakı binasına silsilə zərbələri üç Suriya vətəndaşının həyatına son qoyub. Daha 34 nəfər yaralanıb.
Suriya Xarici İşlər Nazirliyi ABŞ və ərəb ölkələrinin İsrailin hərəkətləri nəticəsində yaranmış böhranı həll etmək səylərini alqışladığını bildirib. Nazirlik Suriya Ərəb Respublikasının suverenliyinə hörmət edilməsi şərti ilə bütün tərəflərlə əməkdaşlığa hazır olduğunu bildirib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər