Bütün xəbərlər
Paşinyan: "Ermənistan ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı təklif alıb"
Tarix: 16-07-2025 18:43 | Bölmə: Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Zəngəzur dəhlizinə nəzarətin verilməsi təklifini göndərdiyini təsdiqləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransı zamanı bildirib.
Paşinyan qeyd edib ki, hazırda Ermənistan hakimiyyəti ABŞ-ın təklifini müzakirə edir.
"Hazırda Amerikanın bu təklifini almışıq, bu təklifi müzakirə edirik. Biz bunda maraqlıyıq, lakin bu məsələ ilə bağlı hələ razılığa gəlməmişik", - o deyib.
Ermənistanın baş naziri hələ də razılığın əldə oluna biləcəyinə əmin olduğunu bildirib.
Zəngəzur dəhlizi Ermənistan və Azərbaycan ərazilərini birləşdirən 32 kilometrlik yoldur. Amerika neytral qarant kimi çıxış etmək və Bakı ilə İrəvan arasında danışıqlarda çıxılmaz vəziyyətdən çıxmaq üçün bu əraziyə nəzarət etməyi təklif etdi.
Bundan əvvəl Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bəyan edib ki, Ermənistan Zəngəzur dəhlizini öz suveren ərazisi hesab etdiyi üçün ona nəzarəti üçüncü tərəfə vermək niyyətində deyil.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər