Bütün xəbərlər
Konor Makqreqor yenidən dopinq test hovuzuna düşüb
Tarix: 17-07-2025 11:17 | Bölmə: Karusel

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor dopinq testlərini bərpa etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyulun əvvəlində ABŞ prezidenti Donald Tramp Ağ Evin ərazisində UFC turnirinin keçiriləcəyini açıqlamışdı. Makqreqor bu turnirdə döyüşmək istədiyini açıqlayıb.
Sport24 "The Schmo"ya istinadən Makqreqorun sözlərini sitat gətirir: "Onlar məni artıq sınaqdan keçirirlər. Mən yenidən dopinq-test hovuzundayam. Ona görə də hazır ol, çünki mən məhv edəcəyəm".
İrlandiyalı döyüşçü UFC-də son döyüşünü 2021-ci ilin iyulunda keçirdi. Sonra o, amerikalı Dastin Puareyə erkən məğlub oldu. Birinci raundun sonunda Konor büdrəyərək ayağını sındırıb. Nəticədə amerikalı texniki nokautla qələbə qazanıb.
UFC ilə mövcud müqaviləyə əsasən, Makqreqor promosyon çərçivəsində daha iki döyüş keçirməyə borcludur.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər