Bütün xəbərlər
Peskov: "Moskva İrəvanla sıx ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir"
Tarix: 16-07-2025 22:15 | Bölmə: Siyasət

Rusiya Ermənistanla ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyanın İrəvanın Avropa İttifaqına üzv olmaq niyyətini yenidən bəyan etməsinə münasibət bildirib. Peskovun sözlərinə görə, Moskva Ermənistanla bütün sahələrdə maksimum qarşılıqlı fəaliyyətdə maraqlıdır.
"Və çoxtərəfli formatlardan əlavə, bizi hələ də çox sıx ikitərəfli münasibətlər birləşdirir. Və biz onları daha da inkişaf etdirmək niyyətindəyik", - Rusiya prezidentinin mətbuat katibi "Mayak" radiosunun efirində deyib.
Peskov qeyd edib ki, Ermənistan çoxvektorlu siyasət yürütdüyünü düşünür.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər