Bütün xəbərlər
"Real Madrid" futbol klubları üçün mövsümi gəlirlər üzrə rekorda imza atıb
Tarix: 18-07-2025 09:11 | Bölmə: Karusel

“Real Madrid” futbol klubları arasında bir mövsümdə gəlirlərinə görə yeni rekorda imza atıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2024/25 mövsümündə "Real"ın gəliri transferlər istisna olmaqla 1,185 milyard avro təşkil edib. Bir il əvvəl o, bir mövsümdə 1 milyard avrodan çox qazanan ilk klub oldu.
Xatırladaq ki, bu yay "Real Madrid" klublararası dünya çempionatında yarımfinala yüksəlsə də, PSJ-yə 0:4 hesabı ilə uduzmuşdu. Komanda hazırda məzuniyyətdədir.
İngiltərənin “Çelsi” klubu tarixində ilk dəfə keçirilən Klublararası Dünya Çempionatından sonra 115 milyon dollar mükafat qazandığı da məlum olub.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər