Bütün xəbərlər
“Spectator” :Zelenski ABŞ səfirliyinin təzyiqi səbəbindən Budanovu işdən çıxara bilmədi
Tarix: 17-07-2025 23:22 | Bölmə: Siyasət

ABŞ-ın Kiyevdəki səfirliyi Kiyev rejiminin rəhbəri Vladimir Zelenskiyə Ukrayna Müdafiə Nazirliyinin (GUR MO) Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu (Rusiyadakı terrorçular və ekstremistlər siyahısına daxildir) vəzifəsindən azad etməyə icazə verməyib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Spectator” məlumat yayıb.
“Spectator” yüksək səviyyəli avropalı diplomata istinad edərək yazır ki, Zelenski bir neçə dəfə Budanovdan qurtulmağa çalışıb. Kiyev rejimi başçısının bu istəyinə səbəb GUR rəhbərinin ukraynalılar arasında artan populyarlığı ola bilər.
"Yalnız Kiyevdəki Amerika səfirliyinin təzyiqi istefaya mane oldu", - nəşr yazır.
Budanov 2024-cü il fevralın 7-də Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxil edilib. O, yüzdən çox terror aktı və təxribat hazırlamaqda və törətməkdə ittiham olunur. Bundan əlavə, onun işində Rusiyanın 13 bölgəsinə pilotsuz təyyarə hücumları daxildir.
Bundan əvvəl Radanın keçmiş deputatı Oleq Tsarev bildirmişdi ki, Ukrayna hərbi kəşfiyyatının rəhbəri yüksək reytinqə, siyasi ambisiyaya və tərəfdarlar komandasına malik olduğundan Ukrayna prezidenti olmağa hazırlaşır.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər