19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
11:02 / 10-09-2026
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA HÜQUQİ DÖVLƏT İDEYASI- Elman Cəfərli
Tarix: 08-05-2021 22:39 | Bölmə: Siyasət

Bu artıq əlahəzrət tarixin danılmaz faktına çevrilmişdir ki, Azərbaycanda müstəqil hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin bir-birinə zidd, fərqli tarixi mərhələlərdə keçməsinə baxmayaraq, həm sovet hakimiyyəti illərində, həm də müstəqil dövlətçilik dövründə Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin mərhələləri arasında heyrətamiz bir bağlılıq da vardır. Təsadüfi deyildir ki, ulu öndərin irsini və ölkəmizdə müstəqil dövlətçiliyin bərpası prosesini əlaqəli şəkildə araşdıran bütün tədqiqatçılar Azərbaycan Respublikasının müstəqil dövlət kimi mövcudluğunu təmin edə bilməsini birmənalı şəkildə 1970-1985-ci illərdə respublikamızda yaradılmış sosial-iqtisadi potensialla əlaqələndirirlər.
Bu baxımdan ümummilli liderin dövlətçilik təliminin bir çox istiqamətləri onun fəaliyyətinin hər iki dövrü ilə üzvi şəkildə bağlıdır. Başqa sözlə, Heydər Əliyev nəhəng siyasi xadim kimi həm sovet hakimiyyəti illərində də Azərbaycanda, totalitar sovet rejimində mümkün olan ən yüksək səviyyədə, dövlət quruculuğunun bütün cəhətlərinə özünün novator imzasını atmışdır. Bu imza özünü müasir terminologiya ilə ifadə etsək, hüquq dövlətinin yaradılması, qanunun aliliyi, habelə ümummilli liderin öz təbirincə desək, “hüquqi aliliy”in təmin edilməsi haqqında Heydər Əliyevin ideyalarında da özünün varisliyini qoruyub saxlamışdır.
Tarix yaddaşında yaxşı saxlamışdır ki, 1969-cu il iyulun 14-də ilk dəfə Azərbaycanda rəhbərliyə gələn Heydər Əliyev cəmi bir ay sonra o zaman respublikada hakimiyyətin ən yüksək eşalonundan tutmuş ən aşağılaradək geniş yayılmış cinayətkarlığını bir çox təzahürlərinə, o cümlədən, rüşvətxorluq, korrupsiya, fırıldaqçılıq, möhtəkirlik kimi naqis hallara qarşı sözün əsl mənasında müharibə elan etmişdi.
Bu baxımdan ulu öndərin siyasi irsinin mühüm bir mərhələsinin yekunu olan “Literaturnaya qazeta”ya “Qoy ədalət zəfər çalsın...” devizi altında verdiyi müsahibə 1969-1981-ci illərdə Azərbaycanda cinayətkarlıqla, hüquqsuzluqla mübarizədə əldə edilmiş mühüm göstəricilərin təcrübə kimi yayılmasına yönəlmişdi. Təbii ki, sosialist dövləti olan sovet hakimiyyəti ilə müasir hüquqi dövləti eyniləşdirmək olmaz. Lakin nəzərə alsaq ki, 1960-cı illərdə Azərbaycanda siyasi rəhbərlik səviyyəsində xaos, cəmiyyətdə isə özbaşınalıq hökm sürürdü, o zaman ümummilli lider Heydər Əliyevin hüququn, qanunun aliliyi uğrunda başlatdığı mübarizə prosesinin əhəmiyyəti tamamilə aydın olar. Ulu öndər özü də bu vəziyyəti həmin müsahibəsində belə dəyərləndirmişdi: “Biz idealist deyilik və iddia etmirik ki, xeyirin şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmalıyıq”.
Hələ sovet hakimiyyəti dövründə Heydər Əliyev cəmiyyətdə hüququn aliliyi ideyasına münasibətini belə ifadə etmişdi: “Hər hansı qanun yalnız o zaman yaşayır ki, yerinə yetirilsin – özü də hamı tərəfindən və hər yerdə”. Böyük dövlət xadimi qanunun aliliyi ilə hüquqi maarifləndirmə, hüquqi tərbiyə məsələsinə kompleks şəkildə, eyni zamanda, şəxsin və cəmiyyətin mənəvi problemi kimi baxırdı: “Qeyd etmək istəyirəm ki, biz qanunçuluq deyəndə, Cinayət Məcəlləsindən çox, cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tuturuq. Özü də bu baxımdan hüquq pozuntuları, onların profilaktikası bizim üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və mənəvi məsələdir, çünki söhbət ən əvvəl insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətdən, ləyaqət və şərəfinin qorunmasından, onda ən yaxı vətəndaşlıq keyfiyyətləri, yüksək əxlaq prinsipləri tərbiyə edilməsindən gedir”.
Tarix Azərbaycana və xalqımıza XX əsrdə ikinci dəfə özünün müstəqil demokratik dövlətini qurmaq şansını bəxş etdi. Bu dəfə ölkəmiz nəzəri baxımdan XIX əsrə aid olsa da, real təcrübədə əsasən II Dünya müharibəsindən sonra meydana çıxan hüquqi dövlət quruculuğu prosesinə başladı. Lakin təəssüf ki, onsuz da ölkədə müstəqilliyin ilk illərində ermənilərlə məlum münaqişənin yaratdığı gərginlik azmış kimi, bir də xaos və özbaşınalıq baş alıb gedir, ayrı-ayrı siyasi qruplara, hətta fərdlərə tabe olan qanunsuz silahlı dəstələr siyasi hakimiyyətə yiyələnmək vasitəsi kimi meydan sulayırdı.
Belə bir şəraitdə xalqın təkidli tələbləri və obyektiv tarixi şəraitin diktəsi ilə ölkədə hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev – “Bundan sonra Azərbaycanda silahla, zorakılıqla heç bir iş görmək olmaz!” – deyərək, 1993-1995-ci illərdə bir neçə dəfə onun özünə qarşı çevriliş cəhdləri planlaşdıran qanunsuz silahlı dəstələri qətiyyətlə ləğv etdi. Və tezliklə, bu addımın nəticəsi özünü insanların həyatında, cəmiyyətdəki sabitlikdə biruzə verdi: “İndi artıq aydın görünür ki, hər bir vətəndaşın həyatı naminə respublikadakı bu cinayətkarların qarşısının alınması, ayrı-ayrı silahlı dəstələrin zərərsizləşdirilməsi, ayrı-ayrı qrupların aradan götürülməsi nə qədər lazım imiş. İndi insanlar rahat işləyirlər, yaşayırlar və istirahət edirlər”.
Müstəqillik ərəfəsi və müstəqilliyin ilk iki ilini əhatə edən, anarxiyadan nizam-intizam, ictimai-siyasi sabitlik dövrünə keçid dövrü adlandıra biləcəyimiz bu mərhələyə uğurla yekun vurduqdan sonra ulu öndər qətiyyətlə bəyan etdi: “Azərbaycanda zorla, güc işlətməklə, silah gücünə hakimiyyət əldə etmək mümkün deyildir. Bunu hamı bilməlidir, hamı dərk etməlidir və belə cinayət əməllərindən çəkinməlidir”.
Sonrakı dövrdə Azərbaycanda hüquqi islahatların başlanması və onun böyük bir mərhələsinin uğurla başa çatdırılması bilavasitə ümummilli liderin adı və fəaliyyəti ilə bağlı oldu. Heydər Əliyev ilk növbədə bəyan etdi ki, ölkədə “Azərbaycan cəmiyyətinin əksəriyyəti kommunist ideologiyasından, sosializm cəmiyyətindən imtina etmişdir və Azərbaycanın müstəqil, dünyəvi dövlət kimi, ümumbəşəri dəyərlər əsasında, eyni zamanda, milli ənənələr əsasında hüquqi dövlət qurmaq yolu ilə getməsinin tərəfdarıdır”. Həmçinin, milli dövlət quruculuğunun istiqaməti qəti şəkildə elan edildi: “Azərbaycan Respublikası öz dövlət quruculuğunda sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”.
Burada haşiyə çıxaraq “hüquqi dövlət” anlayışının mahiyyətini və prinsiplərini açıqlamaq üçün bir haşiyə çıxmaq istərdim.
Hüquqi dövlət – qanunun aliliyinin, hamının qanun qarşısında bərabərliyinin və məhkəmələrin müstəqilliyinin, insan hüquq və azadlıqlarının tanındığı və təmin olunduğu, dövlət hakimiyyətinin əsasında hakimiyyətin bölünməsi prinsipinin dayandığı dövlətdir.
Hüquqi dövlətin başlıca prinsipləri aşağıdakılardır:
– Hüquqla məhdudlaşdırılmış dövlət hakimiyyəti;
– Hakimiyyətin bölünməsi;
– Əsas hüquq və azadlıqların təminatı;
– Qanunun aliliyi;
– Müstəqil ədalət mühakiməsi.
Bu baxımdan, – “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması bizim başlıca vəzifəmizdir və bunu yerinə yetirməyə çalışırıq”, – deyən ulu öndər ilk növbədə əsas insan hüquq və azadlıqlarının qorunmasını, siyasi plüralizmi, çoxpartiyalı sistemi, sivilizasiyalı vətəndaş cəmiyyəti quruculuğunu, siyasi azadlıları Azərbaycan dövlətinin əsas prinsipləri, demokratik hüquqi cəmiyyət yaradılmasının əsas şərtləri elan etdi. Ümummilli liderin “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”, – fikri bütün zamanlar üçün aktual olmaqla, hüququn aliliyinin indiyədək işlədilən analoji fikirlərdən fərqli formada və dəqiq təsbiti kimi tarixə düşdü.
Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində 1995-ci il noyabrın 12-də müstəqillik dövrü Konstitusiyasının müstəsna əhəmiyyəti vardır. Məhz bu ali hüquqi sənədlə müasir müstəqil, demokratik milli dövlətin bütün zəruri əsasları yaradıldı. Ölkəmizdə hakimiyyətin bölünməsi, əsas insan və vətəndaş hüquq və azadlıqları, onların təminatı sistemi təsbit edildi, qanunun aliliyi bərqərar oldu. Konstitusiyanın qəbulundan sonra ümummilli lider hüquqi dövlət quruculuğunu dövlətin, onun başçısının, yaxud da hansısa hakimiyyət qolunun deyil, bütövlükdə cəmiyyətin hamılıqla iştirak edəcəyi böyük bir proses sayaraq deyirdi: “Hər bir şəxs konstitusiyaya, qanunlara dönmədən əməl etməlidir, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirmək, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.
Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı məqsədilə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq aləmə sürətli inteqrasiyasını təmin etdi. Məhz bu səbəbdən 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyuldu, 1996-cı ilin mayında Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etdi, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirildi.
Qeyd edək ki, Azərbaycanda ölüm cəzası sovet hakimiyyəti dövründə uzun müddət tətbiq olunmuşdur. Sovet hakimiyyətinin son 3 ilində – 1988-ci ildə ölüm cəzasına məhkum olunmuş 5, 1989-cu ildə 6, 1990-cı ildə 3 şəxs barəsində ölüm hökmü icra edilmişdi. Bundan sonrakı üç il ərzində ölüm hökmü icra olunmadığı halda, 1993-cü ilin fevralında 8 nəfər barəsində ölüm hökmü tələsik icra edildi.
Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüsü və Milli Məclisə müvafiq müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla, ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirdi və öz məvqeyinin zəruriliyini əsaslandırdı. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəklədi və onun 1998-ci il fevralın 10-da qəbul etdiyi ölüm hökmünün ləğvi qərarı ilə Azərbaycanın adı Şərqdə, o cümlədən türk dövlətləri arasında ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Ulu öndər ölüm hökmünü ləğv etməklə, bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi. Həmin qərarla o vaxtadək 128 nəfər ölümə məhkum edilmiş şəxsin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləndi. Ulu öndər qeyd edirdi ki, “Ölüm hökmünün ləğv edilməsi hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. O, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ğlüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir”.
Ölüm hökmünün ləğvinin ardınca sovet hakimiyyəti illərindən mövcud olan mətbuat üzərindəki senzura da qaldırıldı. Ümummilli liderin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə senzura ləğv edildi. 1999-cu il dekabrın 7-də isə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan söz, fikir və mətbuat azadlığına münasibətdə müdrik dövlət rəhbəri deyirdi: “Bizim ümumi məqsədimiz mətbuata daha çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir”.
Ölkəmizdə məhkəmə-hüquq islahatlarının başlanması, məhkəmə sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, müvafiq qanunvericilik bazasının yaradılması, Azərbaycanın daxil olduğu kontinental hüquq sisteminə xas məcəllələşdirmə prosesinin 1997-2003-cü illərdə həyata keçirilməsi də ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı danılmaz xidmətləridir. Milli Konstitusiyanın qəbulundan sonra 1996-cı ildə Hüquq İslahatları Komissiyasının yaradılması da bu sahədə həyata keçirilən mühüm tədbirlərdən idi.
Ümummilli lider özünün müəllifi olduğu məhkəmə-hüquq sistemindəki islahatların əsas məramını belə açıqlayırdı: “Biz bu hüquqi dövləti, demokratik dövləti yaradırıq və onu pillə-pillə yüksəklərə qaldırırıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramının təsdiq olunması, ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə qeyri-məhkəmə müdafiə mexanizmi olan yeni institut – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutunun yaradılması da ulu öndərin hüquqi dövlət quruculuğu konsepsiyasının mühüm tədbirlərindən hesab olunmalıdır.
Ümummilli lider, tamamilə haqlı olaraq, beynəlxalq hüquq normalarının tətbiqinə iki aspektdə diqqətlə yanaşırdı. Birinci aspekt bu sahədə belə milliliklə bəşəriliyin vəhdətini nəzərdə tuturdu. Dahi rəhbər bu barədə fikirlərini belə ifadə edirdi: “Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək, heç vaxt dinimizdən, dini adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik”.
Məsələnin beynəlxalq aspektinə münasibətdə isə ölkəmizin müstəqillik əldə etdiyi gündən bu günədək qarşılaşdığı haqsızlığı, beynəlxalq hüquq normalarının təbiqində “ikili standartlar” problemi daxil idi. Ümummilli lider bu haqda deyirdi: “Demokratik, hüquqi dövlət qurarkən, biz eyni zamanda əmin olmalıyıq ki, beynəlxalq aləmdə beynəlxalq hüquq normaları da təmin edilir və onların pozulmasına yol verilmir”.
Bütün deyilənlərə rəğmən, cəmiyyətdə insan hüquqlarının qeyri-məhdud və mütləq olduğunu düşünmək düzgün yanaşma olmazdı. Belə ki, insan hüquq və azadlıqları özbaşınalıq, hərc-mərclik və məsuliyyətsizlik demək deyildir. Hər bir şəxs malik olduğu hüquq və azadlıqlardan yalnız o halda tam bəhrələnə bilər ki, o bu zaman sui-istifadəyə yol verməsin. Müasir dövrdə, qloballaşma dövründə insan hüquqlarının məsuliyyətlə bağlılığı xüsusilə aktuallaşır. Bu baxımdan ulu öndər Heydər Əliyev mövqeyini belə ifadə edirdi: “Şəxsiyyətindən, keçmiş xidmətlərindən, adından-sanından asılı olmayaraq, hər kəs qanuna tabe olmalıdır. Qanunun aliliyi hamı üçün eyni olmalıdır: adi vətəndaş üçün də, vəzifəli şəxs üçün də, Prezident üçün də”. Və ya: “Kimin nə qədər böyük xidməti olsa da, kim nə qədər böyük hünər, cəsarət sahibi olsa da, nə qədər ülvi amalı olsa da, cəmiyyət üçün gərəkli və dəyərli adam olsa da, onların hamısı qanuna tabe olmalıdır”. Yaxud da: “Qanun hamı üçün qanundur. Həm adi vətəndaş üçün, həm hakimiyyət məmuru üçün, həm dövlət məmuru üçün, həm əlil üçün, həm də şəhid ailəsi üçün”.
Beləliklə ümummilli lider Heydər Əliyevin milli dövlətçilik konsepsiyasında “hüquqi dövlət” ideyası xüsusi bir istiqamət kimi diqqəti cəlb edir. Böyük lider əminliklə həmin ideyanın artıq həyata keçirildiyi bugünkü Azərbaycanı əvvəlcədən görərək deyirdi: “Əminəm ki, Azərbaycanın ilk demokratik konstitusiyası xalqımızın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin edəcək və gələcək nəsillərə sivilizasiyalı, yüksək səviyyəli, dünya demokratiyasında özünəməxsus yer tutan müstəqil Azərbaycan dövləti miras qoyacağıq”.
Elman Cəfərli,
Naxçıvan Dövlət Universiteti
"Hüquq fənləri" kafedrasının dosenti
Baxış sayı: 1 099
Bölməyə aid digər xəbərlər

10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
31-08-2026, 16:40
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
31-08-2026, 15:38
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı
27-08-2026, 18:46
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
27-08-2026, 18:37
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
27-08-2026, 18:24
ABŞ və İran hazırda danışıqlar aparmır
26-08-2026, 18:12
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
26-08-2026, 18:10
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
26-08-2026, 17:57
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
26-08-2026, 12:07
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
25-08-2026, 19:25
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
25-08-2026, 19:17
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
24-08-2026, 20:03
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
24-08-2026, 19:50
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
20-08-2026, 19:12
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
20-08-2026, 19:09
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
19-08-2026, 16:41
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
19-08-2026, 16:23
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
19-08-2026, 08:15
Politoloq Atayev Ermənistanın əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarmasının səbəbini izah etdi
18-08-2026, 22:15
Boqdanov ABŞ siyasətində zorakılığı normal hesab edən insanların sayının artdığını qeyd etdi
18-08-2026, 21:58
Lavrov: "Rusiyaya zərbələrdə iştirak müharibədə iştirak hesab ediləcək"
18-08-2026, 12:38
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
18-08-2026, 12:13
General oğlu vəzifəsindən azad edildi
17-08-2026, 22:39
Ən gənc general-leytenant oldu
17-08-2026, 19:46
Polşa Müdafiə Nazirliyi Rusiya ilə müharibəyə hazırlıqlarını açıqladı
17-08-2026, 19:20
Zaxarova: "Yaponiyanın Moskvadakı səfiri çağırışdan sonra 18 avqustda Rusiya Xarici İşlər Nazirliyinə gələcək"
16-08-2026, 08:42
KTMT Ermənistanın gələcəyi ilə bağlı qərarı ağlabatan müddət ərzində qəbul etməyi tövsiyə etdi