Bütün xəbərlər
Sumqayıtın adını uca tutan jurnalist-TƏBRİK EDİRİK!
Tarix: 04-08-2019 00:00 | Bölmə: Manşet


               70 yaşlı Sumqayıtın 52 yaşlı sakini

Ona hörmətim sonsuzdur. Ona görə ki, uzun illər tanıdığım Namiq Məmmədli  saf,  təmiz, səmimi, xeyirxah, təvazökar, gözütox, haqqı-nahaqqa verməyən  bir insandır. Azərbaycan mətbuatında  91-ci ildən yazıları çıxır.
Bakı Dövlət Universitetinin filologiya fakültəsini 1994-cü ildə fərqlənmə diplomu ilə bitirib. Sumqayıt şəhər 4 nömrəli orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib.Lakin jurnalistikaya  olan marağı, sevgisi onu məktəbdən uzaqlaşdırır. Mətbuatda İlk rəsmi iş yeri "Şərq" qəzeti olur. Sonra isə "Ekspress" kimi gündəlik çıxan nüfuzlu qəzetdə  22 il qüsursuz çalışıb. Onun mətbuatda bir jurnalist kimi öz sözü, çəkisi, nüfuzu var. Uzun illər yazdığı məşhur məhkəmə reportajları,  kino, muğam, musiqi sahəsindəki yazıları həmişə oxucular tərəfindən sevə-sevə oxunub.
    Altı dəfə Azərbaycan Respublikası  Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun müsabiqəsində Qarabağ nominasiyası üzrə ( iki dəfə 1-ci, iki dəfə ikinci, iki dəfə 3-cü yerlərin) qalib olub. Sözügedən bu qurumun çıxardığı "Sözün zirvəsində" kitabında Qarabağla bağlı məqaləsi dərc olunub.
"Haqqın dərgahına gedən yol" kitabı işıq üzü görüb. 2003-cü ildə "Ulu öndərə" həsr etdiyi şeir kitab və almanaxda çap olunub.
"Qızıl qələm" və bir çox diplomlara,  Fəxri fərmanlara layiq görülüb.
Azərbaycan jurnalistlərinin VII qurultayının nümayəndəsi olub.
Hazırda Mətbuat Şurasının üzvü olan "Sabaha inamla" qəzetinin və Sabaha-inamla.Az  xəbər portalının təsisçisi və baş redaktorudur..  Bu mətbu orqanlarında ölkə Prezidentinin siyasətini , siyasi kursunu dəstəkləyən saysız-hesabsız yazılar işıq üzü görür...
Həmçinin Sumqayıtımızın tədbirləri, yenilikləri, orda gedən abadlıq və quruculuq işləri daim bu qəzetdə və saytda işıqlandırılır.
"Mən fəxr edirəm ki, Sumqayıt şəhərində doğulmuşam. Və bu şəhərdə yaşayıram. Harda oluramsa olum Azərbaycanın kiçik modeli olan bu şəhər barədə düşünürəm. Onun adını uca tuturam. Sumqayıt gənclik, dostluq, gözəllik şəhəridir. Elə ömrüümn sonuna qədər də gənc vaxtı fəhlə, müəllim işlədiyim bu şəhərin inkişafı üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, günü-gündən gözəlləşən, inkifaf edən Sumqayıt  dünyanın qabaqcıl, gözəl şəhərləri  sırasında olacaq. Başda icra başçısı Zakir Fərəcov olmaqla bu şəhərdə gedən abadlıq və quruculuq işlərində rolu, əməyi olan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm". Bu sözlər avqustun 5-də doğum günü olan tanınmış jurnalist Namiq Məmmədliyə məxsusdur.
    O, Sumqayıtın əmək qəhrəmanı "Şərəf nişanı" ordenli Məmməd Məmmədovun və Bakı şəhər sovetinin sabiq deputatı Suqura Paşayevanın oğludur. Necə deyərlər"ot kökü üstə bitər". O da valideynləri kimi  öz işini xalqa, vətənə xidmətdə görür... Hər zaman dahi Məmməd Arazın "heç bir mükafatın yetmədi mənə, bircə sağolun da bəsimdi Vətən"  misraları onun həyat devizidir.
     Əminəm ki, avqustun 5-də doğum günü olan-52 yaşı tamam olam bu dəyərli insan, peşəkar jurnalistin-Sabaha-inamla.Az saytının təsisçisi və baş redaktoru Namiq Məmmədlinin  əməyi Prezidentimiz tərəfindən layiqincə qiymətləndiriləcək.
     Hörmətli Namiq Məmmədli, doğum gününüzü səmimi qəlbdən təbrik edirik, sizə can sağlığı, işlərinizdə uğurlar arzulayırıq. Allah sizi hər zaman qorusun. 100 yaşayın deyirik!
Kamran Orucov















Baxış sayı: 3 755


Bölməyə aid digər xəbərlər