Bütün xəbərlər
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Tarix: 14-08-2018 21:53 | Bölmə: Manşet

                                  

 Türkiyə rəsmi Vaşinqtonun tətbiq etdiyi sanksiyalara cavab olaraq ABŞ istehsalı olan tikinti materiallarından imtina edib.  
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin ətraf mühitin qorunması və şəhərsalma üzrə naziri Murat Kurum məlumat verib.
"Bundan sonra Nazirlik tərəfindən aparılan tikinti işlərində ABŞ istehsalı olan tikinti materiallarından istifadə edilməyəcək. Qərar ABŞ-ın valyuta məzənnələrinə qarşı spekulyasiyasına cavab olaraq qəbul edilib", - nazir deyib. 


Baxış sayı: 363


Bölməyə aid digər xəbərlər