Bütün xəbərlər
Borrell Zaporojye atom elektrik stansiyasına dron hücumlarına son qoymağa çağırıb
Tarix: 09-04-2024 20:16 | Bölmə: Manşet

Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Xosep Borrell Zaporojye atom elektrik stansiyasına dronların son hücumlarını pisləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu cür hücumlar dayandırılmalıdır, onlar yalnız ərazidə təhlükəli qəza və insident riskini artırır.
"Zaporojye Atom Elektrik Stansiyasına ehtiyatsız pilotsuz hücum təhlükəli nüvə insidentinin riskini artırır" deyə, o, X sosial şəbəkəsində yazıb.
"Bu cür hücumlar dayandırılmalıdır" deyə, Avropa diplomatiyasının rəhbəri yekunlaşdırıb.
Bundan əvvəl Zaporojye AES altıncı enerji blokunun günbəzinə pilotsuz uçan aparatla hücum edildiyini, nəticədə stansiyanın üç əməkdaşının yaralandığını bildirmişdi. Yeməkxana və yük limanı ərazisində də İHA uçuşları həyata keçirilib.
Çərşənbə axşamı, aprelin 9-da Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Zaporojye AES-in unikal təlim mərkəzinə hücum edib.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər