Bütün xəbərlər
Qrossi: "Zaporojye AES-in təlim mərkəzinə hücum hücumları davam etdirməyə hazır olduğunu göstərir"
Tarix: 09-04-2024 23:06 | Bölmə: Manşet

MAQATE-nin rəhbəri Rafael Qrossi deyib ki, Zaporojye AES-in ərazisinin növbəti atəşə tutulması dəhşətli hadisədir, çünki bu, hücumları davam etdirmək istəyindən xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,TASS agentliyi yazır ki, o, həmçinin qeyd edib ki, atom elektrik stansiyalarına hücumlar məsuliyyətsiz və təhlükəlidir, ona görə də onlar dərhal dayandırılmalıdır. Eyni zamanda, Qrossi atəşə görə məsuliyyət daşıyanların adını çəkməyib.
Xatırladaq ki, aprelin 9-da MAQATE Zaporojye AES-in təlim mərkəzinin binasına pilotsuz təyyarənin vurulması barədə məlumat yayıb. Agentlik nüvə təhlükəsizliyinə dərhal təhlükə olmadığını, lakin vəziyyətin hələ də ciddi olduğunu vurğulayıb.
Həmçinin Rusiya Federasiyasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, aprelin 11-də MAQATE Rəhbərlər Şurasının Zaporojye atom elektrik stansiyasına hücumlara həsr olunacaq növbədənkənar sessiyası keçiriləcək.


Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər