Bütün xəbərlər
Kassis: "Ukrayna üzrə sammitə 120-yə yaxın dövlət başçısı dəvət olunacaq"
Tarix: 10-04-2024 20:41 | Bölmə: Manşet

Ukrayna böhranının həlli üçün iyunda İsveçrədə keçiriləcək sammitə 120-yə yaxın dövlət və hökumət başçısı dəvət olunacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, konfransın dəqiq tarixləri ilə dəvətnamələr yaxın günlərdə göndəriləcək.
Bu barədə çərşənbə günü İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş bəyanatda deyilir.
Bundan əvvəl İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib ki, Moskva birinci konfransda iştirak etməsə belə, Rusiyasız istənilən sülh prosesi mümkün deyil.
Eyni zamanda, bir gün əvvəl Rusiyanın Berndəki səfirliyinin mətbuat katibi Vladimir Xoxlov bildirib ki, İsveçrə Rusiyaya sammitə dəvət göndərməyib. Diplomat qeyd edib ki, belə bir təklif olsaydı belə, Moskva bunu rədd edərdi.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər