Bütün xəbərlər
Uollander: "ABŞ yaxın aylarda Ukraynaya kömək etməsə, investisiyalar nəticə verməyəcək"
Tarix: 10-04-2024 22:44 | Bölmə: Manşet

Əgər ABŞ yaxın aylarda Ukraynaya yardım etməsə, o zaman əvvəlki investisiyalar mənasız olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Pentaqonun rəhbərinin beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Selest Uollander bildirib.
Vaşinqton iki ildir ki, Kiyevə kömək edir və gecikmə olarsa, ölkənin gələcəyinə qoyulan bu sərmayələr heç bir nəticə verməyəcək, Uollander bildirib. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya yeni yardımı barədə razılığa gəlmək “kritik əhəmiyyətə malikdir”.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, Birləşmiş Ştatlar və müttəfiqləri Ukraynanın ehtiyac duyduğu resursları tapmaq üçün “səylərini ikiqat artırmaq” niyyətindədirlər. Vaşinqton "Ukraynanın gələcəyini NATO-da görür" deyib.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər