Bütün xəbərlər
Sumqayıtda Bayraq Günü münasibətilə möhtəşəm tədbir keçirilib-VİDEO
Tarix: 08-11-2019 03:01 | Bölmə: Manşet



                                              

Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Noyabrın 7-də Sumqayıtda Bayraq Günü münasibətilə möhtəşəm tədbir keçirilib. Əvvəlcə Tədbirdə şəhərin icra başçısı Zakir Fərəcov və şəhərin digər rəhbər vəzifəli şəxsləri, ictimayət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkə Prezidenti İlham Əliyev cənablarının Sumqayıta gəlişi və tikintisi başa çatmış möhtəşəm obyektlərin açılışında iştirakını əks etdirən videosüjet nümayiş etdirilib. Sonra tanınmış müğənnilərin ifasında maraqlı musiqi nömrələri səslənib.
Kamran Orucov
Sabaha-inamla.Az











Baxış sayı: 801


Bölməyə aid digər xəbərlər