Bütün xəbərlər
Azərbaycan ilk xalını Xorvatiya ilə oyunda qazandı - Fotolar
Tarix: 09-09-2019 21:58 | Bölmə: Karusel


                       Azərbaycan ilk xalını Xorvatiya ilə oyunda qazandı

"Avro-2020"nin seçmə mərhələsində VI turun oyunları keçirilir.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan millisi də doğma azarkeşləri önündə Xorvatiya millisini qəbul edib.
Oyunda hesabı qonaqlar açıb. Luka Modriç penaltidən fərqlənib. Lakin ikinci hissədə millimiz bərabərlik qolunu vurmağı bacarıb. Təmkin Xəlilzadə möhtəşəm qola imza atıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Bununla millimiz seçmə mərhələdə ilk xalını qazanıb.
Fotolar: Pərvin Zeynal
AVRO-2020-nin seçmə mərhələsi
VI tur
E qrupu
9 sentyabr
20:00. Azərbaycan - Xorvatiya - 1:1

Qol: Təmkin Xəlilzadə, 72 - Luka Modriç, 11 (pen)
Baş hakim: Sandro Şarer
Baş hakimin köməkçiləri: Stefan De Almeyda, Alain Heiniqer
Dördüncü hakim: Fedayi San
Bakı. “Bakcell Arena” stadionu
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18.Anton Krivotsyuk, 21. Pavel Paşayev. 22. Cavid Hüseynov
Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlasiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartolets











Baxış sayı: 364


Bölməyə aid digər xəbərlər