Bütün xəbərlər
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş ədliyyə nazirini axtarışa verib
Tarix: 02-05-2024 16:42 | Bölmə: Karusel


Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş ədliyyə naziri və Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş üzvü Pavel Petrenkonu axtarışa verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi artıq onu Donbassda qondarma antiterror əməliyyatı ilə bağlı cinayət qərarlarında qiyabi ittiham edib. Axtarışın konkret hansı maddə ilə aparıldığı açıqlanmır.
Pavel Petrenko 2014-cü il fevralın 27-dən 2019-cu il avqustun 29-dək Ukraynanın ədliyyə naziri vəzifəsində çalışıb.
Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi jurnalist Mixail Zıqarı axtarışa vermişdi (xarici agent kimi tanınıb).





Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər