22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Ukrayna pilotsuz təyyarəsi Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına hücum edib, yanğınsöndürənlər yaralanıb
Tarix: 07-05-2024 22:27 | Bölmə: Karusel

Ukraynaya məxsus pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəsarət alıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Departamentin mətbuat xidmətinin məlumatına görə, insident çərşənbə axşamı, mayın 7-də Donetsk Xalq Respublikasının Qorlovka şəhərində baş verib.
Məlum olub ki, düşmənin pilotsuz uçan aparatının operatoru yanğınsöndürənlər quru ot yanğınını söndürüb öz bölmələrinə qayıdarkən onlara hücum edib.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri xəstəxanadadırlar, onlara tibbi yardım göstərilir", - məlumatda deyilir.
Qurbanların dəqiq sayı hələlik açıqlanmayıb. Yanğınsöndürən tankerə də ziyan dəyib.
Xatırladaq ki, bundan əvvəl Qorlovkanın Nikitovski rayonu artıq partlayıcı qurğunu yerə salan PUA-nın hücumuna məruz qalmışdı. Həmçinin Donetskdə 77 yaşlı pensiyaçı "PFM-1" Lepestok piyada əleyhinə mina tərəfindən partladılıb.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər