22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
İspaniya Müdafiə Nazirliyinin rəhbəri: "Ukrayna artıq "Patriot" hava hücumundan müdafiə sistemi üçün raket partiyasını alıb"
Tarix: 06-05-2024 23:35 | Bölmə: Karusel

Daha əvvəl Kiyevə vəd edilmiş “Patriot” zenit-raket kompleksləri üçün raketlər artıq Ukraynaya gəlib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu İspaniya Müdafiə Nazirliyinin rəhbəri Marqarita Robles deyib.
“Nazir təsdiq edib ki, İspaniyanın müttəfiq dövlətlərlə razılaşdıraraq göndərdiyi “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlər Ukraynaya gəlib”, - EFE hərbi idarənin rəhbərinə istinadən xəbər verir.
"Onlar hava hücumundan müdafiə üçün nəzərdə tutulub", - İspaniya agentliyi Roblesdən sitat gətirir.
Bundan əvvəl mətbuatda İspaniyanın özünün “Patriot” komplekslərinə ehtiyacı olduğu və buna görə də Kiyevə yalnız qismən kömək edə biləcəyi barədə məlumatlar yayılmışdı.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər