Bütün xəbərlər
Mirançukun "Atalanta" klubu Avropa Liqasında "Marsel"lə bərabərə qalıb
Tarix: 03-05-2024 11:05 | Bölmə: Karusel

Avropa Liqasının 1/2 final mərhələsinin ilk oyununda Fransanın “Marsel” klubu doğma “Velodrom” stadionunda İtaliya “Atalanta”sı ilə heç-heçə edib – 1:1.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qarşılaşmada hesabı 11-ci dəqiqədə qonaqların hücumçusu Canluka Skamakka açıb, meydan sahiblərinin yeganə qolunu isə 20-ci dəqiqədə Şansel Mbemba vurub.
Rusiyalı "Berqamasko"nun yarımmüdafiəçisi Aleksey Mirançuk 84-cü dəqiqədə Şarl de Ketelarenin əvəzində meydana çıxıb.
Cavab oyunu gələn cümə axşamı, mayın 9-na planlaşdırılıb və Berqamodakı Atalanta stadionunda keçiriləcək.



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər