22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Türkiyə qaz anbarının tutumunu ikiqat artırmaq niyyətindədir
Tarix: 05-05-2024 21:00 | Bölmə: Karusel

Ankara Silivri və Tuz Gölüdəki qaz anbarlarının tutumunu ən azı iki dəfə artırmaq niyyətindədir. Bunun 2028-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə bazar günü Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.
Hazırda İstanbulun qərbində yerləşən Silivri anbarı 4,6 milyard kubmetr, Aksaray vilayətindəki Tuz Gölü anbarı isə 1,2 milyard kubmetr tutumludur. Hər iki anbarın tutumunun ümumilikdə 12 milyard kubmetrə çatdırılacağı gözlənilir.
Bundan əvvəl Türkiyənin Energetika Nazirliyi bəyan etmişdi ki, Ankara Moskva ilə bağlanmış müqavilə sayəsində maye qazın qəbulu və saxlanması imkanlarını genişləndirə bilib. Bu, respublikaya Qərb ölkələrini bürümüş enerji böhranından qaçmağa imkan verdi.
İndi Türkiyəyə mavi yanacağın tədarük həcminin 40%-ə qədəri Rusiyanın payına düşür.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər