Bütün xəbərlər
LPR-də Ukraynaya casusluq edən yerli sakin saxlanılıb
Tarix: 03-05-2024 10:48 | Bölmə: Karusel

FSB əməkdaşları Rusiya qoşunlarının yerləşdiyi yerlər barədə məlumat toplayan Luqansk Xalq Respublikasının Antrasit şəhər sakinini saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, FSB-nin regional idarəsindən RİA Novosti-yə verilən məlumata görə, saxlanılan şəxs Ukrayna vətəndaşıdır.
Kəşfiyyat xidmətinin məlumatına görə, o, Rusiya Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi yerlər haqqında məlumat toplayıb. O, şəhər sakinlərinin kütləvi toplaşdığı yerlər haqqında da məlumat verib.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər