22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Si: "Çin Rusiya və Ukrayna tərəfindən tanınan sülh konfransını dəstəkləyəcək"
Tarix: 06-05-2024 21:40 | Bölmə: Manşet

Çin həm Rusiya, həm də Ukrayna tərəfindən tanınacaq sülh konfransını dəstəkləyəcək.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Parisdə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında Çin prezidenti Si Cinpin deyib.
Çin lideri Moskva ilə Kiyev arasında dialoqun bərpasının və qarşılıqlı etimadın gücləndirilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq konfransda sülh təşəbbüslərinin ədalətli müzakirəsi üçün bütün tərəflərin bərabər iştirakı olmalıdır.
O, həmçinin Ukrayna böhranından yeni Soyuq Müharibəni təhrik etmək üçün bəhanə kimi istifadə edilməsinə qarşı çıxıb.
Bundan başqa, Si Cinpin bildirib ki, Parisə səfəri zamanı departamentlər arasında müxtəlif sahələri əhatə edən 18 müqavilə imzalanıb.


Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər