22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Başqırdıstanın nəqliyyat naziri rüşvətə görə saxlanılaraq işdən çıxarılıb
Tarix: 07-05-2024 10:47 | Bölmə: Karusel

Başqırdıstan rəhbəri öz fərmanı ilə respublikanın əvvəllər həbsdə olan nəqliyyat naziri Aleksandr Klebanovu tutduğu vəzifədən azad edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Başqırdıstanın nəqliyyat və yol təsərrüfatı naziri Aleksandr Klebanov külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Respublika nazirliyinin məmuru saxlanılıb.
Başqırdıstan rəhbəri Radiy Xabirov mayın 7-də Klebanovu tutduğu vəzifədən azad edib. Bu, sabiq nazirin saxlanması ilə bağlı məlumat təsdiqlənəndən dərhal sonra baş verib.
Aleksandr Klebanov barəsində əməliyyat tədbirləri davam etdirilir. Onun saxlanma şəraiti dəqiqləşdirilir.




Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər