Bütün xəbərlər
Rusiyaya gedən tanker Çanaqqala boğazında sıradan çıxıb
Tarix: 04-05-2024 15:58 | Bölmə: Karusel

Vyetnam bayrağı altında Yunanıstandan Rusiyaya gedən 180 metrlik “Sea Marine 1” tankeri Çanaqqala boğazında sıradan çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.
Boğazdan keçən körpünün ərazisində gəminin mühərrikinin sıradan çıxdığı dəqiqləşdirilir. Hazırda tanker yedəklə Şövkətiyyə estakadasına aparılıb.
RİA Novosti xəbər verir ki, gəmilərin hərəkəti pozulmayıb.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər