Bütün xəbərlər
"Bloomberg": Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırır
Tarix: 02-05-2024 22:51 | Bölmə: Karusel


Türkiyə hakimiyyəti İsraillə bütün ticarət əlaqələrini dayandırdığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə axşamı günündən etibarən ölkələr arasında bütün idxal və ixracat dayandırılacaq.
Bu barədə "Bloomberg" məlumat yayıb. "Türkiyə cümə axşamı günündən etibarən İsrailə və İsraildən bütün ixrac və idxalı dayandırıb", - agentliyin açıqlamasında deyilir.
Lakin hazırda Türkiyə öz qərarını rəsmən açıqlamayıb və mətbuatda yayılan məlumatı təsdiqləməyib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İsrail tərəfi ilə intensiv ticarət əlaqələrinin Ankara tərəfindən dəstəklənməyəcəyini bildirmişdi. Bundan əlavə, o, İsrailin arxasında duran qüvvələri “cəsarətsizlikdə” ittiham edib.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər