22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
ABŞ və İsrail HƏMAS-ın atəşkəs reaksiyasını öyrənir
Tarix: 06-05-2024 23:19 | Bölmə: Karusel
ABŞ və İsrail HƏMAS-ın atəşkəs reaksiyasını öyrənir



ABŞ və İsrail Misir və Qətərin Qəzza zolağında atəşkəs təklifinə cavab verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, HƏMAS daha əvvəl iki ölkə arasında saziş layihəsi ilə razılaşıb.
İsrail ordusunun sözçüsü Daniel Hagari brifinq zamanı bildirib ki, danışıqlar və oğurlanmış insanların geri qaytarılması ilə bağlı bütün variantları araşdırır. "Biz hər cavabı və hər reaksiyanı çox ciddi hesab edirik"-hərbi zabit deyib.
Atəşkəs təklifi ABŞ-da da müzakirə olunur. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller, "Biz girovla bağlı razılaşmanın İsrail xalqının maraqlarına uyğun olduğuna inanmaqda davam edirik" deyib.
O, həmçinin bildirib ki, amerikalılar Qətər və Misir arasında birgə layihəni öyrənir və bunu “regiondakı tərəfdaşlarımızla” müzakirə edirlər.
Bundan əvvəl iki ölkədən gələn təklifin İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və blokadanın götürülməsi ilə bağlı olduğu barədə məlumatlar yayılıb. Atəşkəs layihəsi nizamlanmanın üç mərhələsini əhatə edir.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər