22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Moldovada müxalif “Pobeda” blokunun qəzetinin tirajı ələ keçirilib
Tarix: 07-05-2024 23:45 | Bölmə: Karusel

Moldovada polis müxalifət qəzetinin 400 min nüsxəsini ələ keçirib və bunun erkən seçki kampaniyası olduğunu iddia edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları "Pobeda" blokunun partiya qəzetinin tirajı təxminən 400 min nüsxəni araşdırmaq üçün polisə təhvil veriblər.
TASS xəbər verir ki, departament müxalifət blokunu erkən seçkiqabağı təşviqatda ittiham edib və seçki məcəlləsinə əməl etməyə çağırıb.
“Pobeda” blokunun rəhbəri İlan Şor hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərini ikili standartlardan istifadə adlandırıb və Moldovanın hazırda fəal şəkildə təşviqatla məşğul olan yüksək vəzifəli şəxslərinin fotolarına istinad edib.
Şorun Telegram kanalında yazdığına görə, bütün siyasi qüvvələrin qanun qarşısında bərabərliyi və söz azadlığı təminatları “yalnız hakim elita üçün mövcuddur”.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər