Bütün xəbərlər
Könül Nurullayeva vətəndaşların problemləri ilə maraqlanıb
Tarix: 07-05-2024 10:27 | Bölmə: Sosial

Millət vəkili Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib.

Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında aztəminatlı ailənin üzləşdiyi məişət problemləri, təhsil haqqının ödənilməsi, işlə təmin olunma, xəstəlikdən əziyyət çəkən vətəndaşın müalicəsi və s. bu kimi məsələlər başlıca yer almışdır.

Sabaha-inamla.az-a millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.









Baxış sayı: 491


Bölməyə aid digər xəbərlər