22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Putin orta ömür uzunluğunun 78 yaşa qədər artırılmasını təmin etməyi əmr edib
Tarix: 07-05-2024 21:32 | Bölmə: Sosial

Rusiya prezidenti 2030-cu ilə qədər orta ömür uzunluğunun 78 yaşa, 2036-cı ilə qədər isə 81 yaşa çatdırılması üçün bütün lazımi şəraitin yaradılması ilə bağlı tapşırıqlar verib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vladimir Putin mayın 7-də dövlətin milli inkişaf məqsədləri haqqında müvafiq fərman imzalayıb, mətn Kremlin rəsmi saytında dərc olunub.
Daha əvvəl bildirilmişdi ki, Vladimir Putin andiçmə mərasimində ölkənin bütün bölgələrində vətəndaşlara ürəkdən təşəkkür edib.
“Biz inamla irəliyə baxırıq, gələcəyimizi planlaşdırırıq, inkişafımızı daha dinamik, daha da güclü etmək üçün nəzərdə tutulmuş yeni layihə və proqramları planlaşdırırıq və artıq həyata keçiririk”, - deyə, prezident bildirib.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər