22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
HƏMAS İsraillə razılaşma əldə etməkdə maraqlı olduğunu təsdiqləyir
Tarix: 05-05-2024 21:08 | Bölmə: Karusel

HƏMAS İsraillə Qahirədə aparılan danışıqların uğurunda səmimiyyətlə maraqlıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndələri teleqram kanalında məlumat veriblər.
Təşkilat əmin edib ki, mövcud vəziyyətdən optimal çıxış yolları axtarırlar.
"Biz saziş bağlamaqda qərarlıyıq. Bu, xalqımızın milli tələblərini tam şəkildə təmin etməlidir", - bəyanatda deyilir.
Xüsusilə, qruplaşmanın liderləri təkcə atəşkəs və məhbus anlaşmasının tamamlanmasına deyil, həm də İsrail qoşunlarının anklav ərazisindən tamamilə çıxarılmasına çalışırlar.
Həmçinin HƏMAS-ın fikrincə, Qəzzaya yardımın artırılması və sektorun yenidən qurulmasına başlanması ilə bağlı bəndlərin yazılı razılaşmalara daxil edilməsi lazımdır.
"Nümayəndə heyətimiz bazar günü axşam Qahirəni tərk edəcək", - təşkilatın rəhbərliyi ilə məsləhətləşmələr aparılacaq.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər