Bütün xəbərlər
Moskvanın şərqində inzibati bina yanır
Tarix: 02-05-2024 23:29 | Bölmə: Karusel

Moskvanın şərqində inzibati və istehsalat binası yanır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın üç mərtəbəni bürüyüb.
Bina Burakova küçəsində yerləşir. TASS-ın əməliyyat xidmətlərinə istinadən verdiyi məlumata görə, binanın içərisində insanlar ola bilər.
Xilasedicilər artıq yanğını söndürməyə başlayıblar. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ölən və yaralananlar barədə məlumat yoxdur.
Yanğının söndürülməsinə 120 xilasedici və 35 texnika cəlb olunub. Yanğın sahəsi 2,5 min kvadratmetrdir.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər