Bütün xəbərlər
Londonun hazırkı meri Sadiq Xan üçüncü dəfə seçkilərdə qalib gəlib
Tarix: 04-05-2024 19:49 | Bölmə: Karusel

Mayın 2-də İngiltərədə keçirilən regional seçkilərin yekun nəticələri məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Leyboristlər Partiyasının nümayəndəsi Sadiq Xan yenidən Londonun meri seçilib.
53 yaşlı müxalif siyasətçi 43,7% səs toplayıb. Hakim Mühafizəkarlar Partiyasının nümayəndəsi Syuzan Hollu səs verən londonluların 32,6%-i dəstəkləyib.
Xan üçüncü dəfə Londonun meri vəzifəsini tutdu. Əvvəllər heç kim belə bir şey etməyi bacarmamışdı. Xatırladaq ki, Böyük Britaniya paytaxtının meri postu 2000-ci ildə təsis edilib.




Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər