Bütün xəbərlər
Krımda min kvadratmetr sahəni əhatə edən anbar yanır
Tarix: 04-05-2024 19:36 | Bölmə: Karusel

Mayın 4-də Krımın Simferopol vilayətində yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Beloqlinka kəndində anbar yanıb.
Hazırda yanğınsöndürənlər 1 min kvadratmetr sahədə yanğını söndürür. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Birmərtəbəli anbar yanır... Hadisə yerində ümumilikdə 60 mütəxəssis və 14 texnika işləyir”, - məlumatda deyilir.
Yanğın nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər