22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
AFP: İsrail Rəfaha intensiv zərbələr endirib
Tarix: 06-05-2024 23:41 | Bölmə: Karusel

İsrail Müdafiə Qüvvələri Fələstinin Rəfah şəhərinə güclü hücuma keçib.  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, AFP-nin məlumatına görə, partlayışlar təxminən yarım saat davam edib.
Daha əvvəl İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, gün ərzində İsrail hərbçiləri Rəfah bölgəsindəki radikal hədəflərə 50-yə yaxın zərbə endiriblər. O, həmçinin İsrail ordusunun şəhərdə quru əməliyyatı keçirməyə hazırlaşdığını xatırladıb və sakinləri Əl-Məvasi və Xan Yunis bölgələrinə təxliyə etməyə çağırıb.
İsrail ordusu daha sonra Rəfahın şərqindəki Həmas hədəflərinə "məqsədli zərbələr" həyata keçirdiyini təsdiqləyib. İsrailin hərbi kabineti də öz növbəsində şəhərdəki əməliyyatın girovların təhvil verilməsi üçün Fələstin hərəkatına təzyiq göstərməyə davam edəcəyini iddia edir.
ABŞ prezidenti Cozef Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində şəhərə qoşun yeridilməsinin bir milyon fələstinlinin həyatını təhlükəyə atacağı barədə xəbərdarlıq edib.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər