22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Səudiyyə Ərəbistanı Asiya üçün neftinin satış qiymətlərini artırıb
Tarix: 05-05-2024 19:43 | Bölmə: Karusel

Səudiyyə Ərəbistanının neft şirkəti Saudi Aramco iyun ayı üçün neftinin Asiya ölkələri üçün satış qiymətlərini artırıb, "Bloomberg" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Asiyadan olan alıcılar üçün “Arab Light” markalı neftin bir barelinin qiyməti 0,9 dollar artıb. Beləliklə, yeni qiymət regional Oman/Dubay neft göstəricilərindən 2,9 dollar yüksək olub.
Neft emalı şirkətləri "Saudi Aramco"nun qiymətini 0,6 dollar/barel artıracağını gözləyirdilər. Şirkət üçüncü aydır ki, Asiya üçün öz neftinin qiymətlərini artırır.
Bu arada OPEC+ ölkələrinin nümayəndələri aprelin 3-də keçirilən iclasda neft hasilatını eyni səviyyədə saxlamaq qərarına gəliblər. İlin əvvəlindən bəzi alyans ölkələri, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanı könüllü olaraq ümumi hasilatını sutkada 2,2 milyon barel azaldıb. Əvvəlcə hasilatın azaldılması yalnız birinci rüb üçün nəzərdə tutulmuşdu, lakin martın əvvəlində OPEC+ ölkələri bu tədbiri ikinci rübdə də uzadıblar.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər