22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Norilsk şirkətinin direktorlar şurasının keçmiş sədri Nikel Filipyev Moskvada ölü tapılıb
Tarix: 06-05-2024 22:58 | Bölmə: Karusel

Məşhur rusiyalı bankir Aleksandr Filipev Moskvada vəfat edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Moskovski Komsomolets” nəşrinin məlumatına görə, 69 yaşlı iş adamı Qolikovski prospektindəki mənzilində tapılıb. O, huşsuz vəziyyətdə idi. Həkimlər onu xilas etməyə çalışsalar da, Filipyev dünyasını dəyişib.
RBC agentliyi öz növbəsində yazır ki, Filipyevin cəsədi mayın 5-də həyat yoldaşı tərəfindən tapılıb. 2020-ci ildən bankir xərçəng xəstəliyindən əziyyət çəkir.
Xatırladaq ki, 1993-cü ildə Aleksandr Filipyev Birləşmiş İxrac-İdxal Bankının təsisçisi olub, daha sonra "Rosbank"ın idarə heyətinin sədri, 1998-1999-cu illərdə isə "Norilsk Nikel"in direktorlar şurasına rəhbərlik edib.
Filipyevin son iş yerləri arasında 2015-ci ildə qoşulduğu Tavriçeski Bankı da var.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər