22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
ABŞ LockBit lideri haqqında məlumat verənə 10 milyon dollar mükafat elan edib
Tarix: 07-05-2024 23:38 | Bölmə: Karusel

ABŞ Dmitri Xoroşevin saxlanmasına kömək edəcək məlumatlar üçün 10 milyon dollar ödəməyə hazırdır.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rus öz qurbanlarını 500 milyon dollar aldadan LockBit haker qrupuna rəhbərlik etməkdə ittiham olunur.
ABŞ Ədliyyə Departamentinin məlumatına görə, 31 yaşlı Xoroşev Nyu Cersi Rayon Məhkəməsində böyük münsiflər heyəti tərəfindən 26 maddə üzrə” ittiham olunur. Dövlət Departamenti rusiyalının həbsinə səbəb olan məlumata görə 10 milyon dollara qədər mükafat ödəməyə hazırdır.
İttihamlara görə, Xoroşev təxminən beş il ərzində 120 ölkədə 2,5 mindən çox qurbana hücum edən və ən azı yarım milyard dollar fidyə alan LockBit ransomvare hakerlər qrupunu yaradıb və ona rəhbərlik edib, RİA Novosti xəbər verir.
Fevral ayında hüquq-mühafizə orqanlarının beynəlxalq koalisiyası hakerlərin infrastrukturunun məhv edildiyini və təxminən 200 şübhəli hakerin siyahısının əldə edildiyini bildirmişdi.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər