14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
İsrail aviasiyası Qəzzanın mərkəzi və cənubuna raket və bombalı hücumlar həyata keçirib
Tarix: 04-05-2024 11:55 | Bölmə: Dünya

Qətərin "Əl-Cəzirə" telekanalı xəbər verir ki, İsrail ordusuna məxsus təyyarə Qəzza zolağının mərkəzi və cənub hissələrinə bir sıra raket və bombalı hücumlar həyata keçirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kanalın əməkdaşları Qəzzanın cənubundakı Rəfah şəhərində fələstinlilərin sığındıqları çadırlara İsrailin raket hücumunu əks etdirən videonu tapıb həqiqiliyini təsdiqləməyə nail olublar. Qeyd olunur ki, mayın 4-də səhər tezdən İsrail Müdafiə Qüvvələri artıq Fələstin anklavında bir neçə hava hücumu həyata keçirib. Bombalar Qəzza şəhərinin şimalındakı Əl-Saftavi bölgəsindəki yaşayış binalarına, Rəfahın şərqindəki Cenin yaşayış massivinə və Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsinin şərqindəki bir evə düşüb. RİA Novosti xəbər verir ki, atəş nəticəsində bir neçə nəfər, o cümlədən uşaqlar həlak olub.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində anklavda ən azı 26 nəfər həlak olub, 60-dan çox insan isə yaralanıb. Yaralıların sayı 77 867 nəfərdir.



Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər