Bütün xəbərlər
Corat qəsəbəsindəki 7 nömrəli tam orta məktəbdə “son zəng” çalınıb
Tarix: 16-06-2018 02:56 | Bölmə: Manşet
İyun ayının 14-də  Sumqayıt şəhər Corat qəsəbəsindəki  7 nömrəli tam orta məktəbdə “son zəng” çalınıb. Tədbiri giriş sözü ilə məktəbin direktoru Təranə Haqverdiyeva açaraq məzunları təbrik edib,gələcək işlərində uğurlar arzulayıb. Corat qəsəbəsi üzrə icra nümayəndəsi Cəmil Quliyev, təhsil şöbəsinin inspektoru Nərmin xanım, Sabaha-inamla.az saytının baş redaktoru Namiq Məmmədli tədbirdə çıxış ediblər.
Tədbirdə il ərzində fərqlənən nümunəvi şagirdlərə Fəxri fərman təqdim olunub. Musiqi sədaları altında məzunlar rəqs edib,mahnı ifa ediblər. Sonra “son zəng” çalınıb.
Sabaha-inamla.az










Baxış sayı: 1 859


Bölməyə aid digər xəbərlər