Bütün xəbərlər
“60 yaşındayam deyə cəzalandırılıram” - Madonna
Tarix: 05-05-2019 01:23 | Bölmə: Dünya
        “60 yaşındayam deyə cəzalandırılıram” - Madonna


Dünya şöhrətli ifaçı Madonna “Vogue” dərgisinin İngiltərə versiyasının üz qabığında yer alıb.

Axşam.az xəbər verir ki, 30 il sonra jurnala müsahibə verən 60 yaşlı ulduz  karyerası və şəxsi həyatı ilə bağlı açıqlamalar verib:
“İnsanlar həmişə bir səbəb tapıb, məni susdurmağa çalışırdılar: yetərincə yaxşı olmadığım, yaxşı mahnı oxumadığım, istedadlı olmadığım, yetərincə evlənmədiyim üçün…
İndi isə aqeizmlə (İnsanları yaşına görə mühakimə etmək – red.) mübarizə aparıram. 60 yaşındayam deyə cəzalandırılıram”.


Sənətçi Ledi Qaqa ilə səkkiz il sonra barışmasından da söz açıb:
“Biz heç vaxt düşmən deyildik, amma insanlar bizim düşmən olmağımız üçün həyəcan keçirirdi”.
Qeyd edək ki, ifaçı sonuncu dəfə “Billboard” musiqi mükafatlarında 5 milyon dollarlıq şousu ilə gündəmə gəlib.




Baxış sayı: 530


Bölməyə aid digər xəbərlər