Bütün xəbərlər
Həyat yoldaşına qarşı aparılan araşdırmalara baxmayaraq, Sançes İspaniyanın baş naziri olaraq qalacaq
Tarix: 29-04-2024 15:29 | Bölmə: Dünya

Sosialist İspaniyanın baş naziri Pedro Sançes həyat yoldaşının korrupsiyada şübhəli bilinməsinə baxmayaraq, vəzifəsində qalacağını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sançes İspaniya televiziyasında xalqa müraciət edərək, "İspan hökumətinin başında daha da səylə işləməyə davam etmək" qərarına gəldiyini söyləyib. O, ictimai dəstəyə görə təşəkkür edib, onun fikrincə, bu, onun qərarına böyük təsir edib.
Şənbə günü Madriddə Sançesə dəstək üçün minlərlə adamın nümayişi keçirilib. Ölkənin müxtəlif bölgələrindən gələn İspaniya Sosialist Partiyasının tərəfdarları ondan istefa verməməyi xahiş ediblər. Baş nazirin birinci müavini Maria Jesus Montero mitinqdə Sançesi qalmağa çağıraraq, ölkənin "irəli getməsi lazım olduğunu" və "geri dönə bilməyəcəyini" söyləyib.
Sançesə 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı qeyri-qanuni referendum keçirməkdə təqsirli bilinən siyasətçilərə amnistiya vədi verməsi müqabilində iki Kataloniya separatçı parlament partiyasının dəstəyini qazanaraq 2023-cü ildə hökumət qurmaq fürsətinə nail olub. Müvafiq qanun İspaniya parlamenti tərəfindən qəbul edilib.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər