Bütün xəbərlər
HƏMAS İsraillə "tədricən" tam atəşkəs razılaşmasına razılaşacaq
Tarix: 04-05-2024 20:43 | Bölmə: Dünya

Fələstinin Həmas hərəkatı İsraillə tam atəşkəs barədə danışıqlara hazırdır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin bu məsələnin həlli bir neçə mərhələdə baş verəcək.
“İslami Müqavimət Hərəkatının rəsmi mənbəsi, hərəkatın “mərhələli” razılaşma ilə razılaşacağını bildirib”, - "Sinxua" xəbər verir.
Bundan əvvəl HƏMAS hərəkatının nümayəndə heyətinin Qəzzada hərbi əməliyyatların dayandırılması ilə bağlı İsraillə danışıqlar aparmaq üçün mayın 4-də Qahirəyə yola düşdüyü məlum olub.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər