Bütün xəbərlər
"Axios": ABŞ İsrailə sursat tədarükünü dayandırır
Tarix: 05-05-2024 20:17 | Bölmə: Dünya

"Axios" İsrail rəsmilərinə istinadən yazır ki, ABŞ İsrailə sursat tədarükünü dayandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistlər tədarükün dayandırılmasının ötən həftə baş verdiyini dəqiqləşdirirlər. Bu, 2023-cü ilin oktyabrından bəri ilk belə haldır.
Bundan əvvəl Qahirədə İsrail və HƏMAS arasında danışıqların növbəti mərhələsi başa çatıb. Nəticələr barədə hələ ki, məlumat yoxdur. Lakin yerli media hesab edir ki, əsas məqsəd Qəzza zolağında müvəqqəti atəşkəsdir.
İsrailin müdafiə naziri Yoav Qalant öz növbəsində hesab edir ki, HƏMAS əslində heç bir sövdələşmə etmək istəmir. Buna görə də İD hərbi əməliyyatlarını, o cümlədən Rəfah şəhərində davam etdirəcək.
Qalant əlavə edib ki, İDF-nin məqsədi dəyişmir - HƏMAS-ın məhv edilməsi və girovların azad edilməsi.


Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər