22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Si Cinpinin Fransaya dövlət səfəri başlayır
Tarix: 05-05-2024 19:12 | Bölmə: Dünya

Çin prezidenti Si Cinpin Parisə rəsmi səfərə gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşəcək.
Çin lideri avropalı tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq problemlərin həlli məsələlərini müzakirə edəcək. Si, Makron və Ursula Ukrayna böhranı ilə bağlı da fikir mübadiləsi aparacaqlar.
Fransa prezidentinin Yay Olimpiya Oyunları zamanı Rusiya və Ukrayna arasında barışıq yaradılmasına kömək etməsini Səma İmperiyasının rəhbərindən xahiş edəcəyi gözlənilir.
“Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 60-cı ildönümünə təsadüf edir”, - deyə, respublikanın məlumatında deyilir.
Çin prezidentinin Avropa turnesi altı gün davam edəcək. Bu müddət ərzində o, Serbiya və Macarıstana da səfər edəcək.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər