Bütün xəbərlər
Əfqanıstanda məscidə silahlı basqın nəticəsində 6 nəfər həlak olub
Tarix: 30-04-2024 13:05 | Bölmə: Dünya

Əfqanıstanın qərbində məscidə silahlı hücum edən əfqanları öldürüb və yaralayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, aprelin 29-da axşam saatlarında Əfqanıstanın Herat əyalətində baş vermiş faciəli hadisə barədə məlumat yayıb. Naməlum şəxsin odlu silahla məscidə ibadət edənlərə hücumu zamanı azı 6 nəfər ölüb, bir nəfər yaralanıb.
Hücum edənin motivləri və ölüm şəraiti barədə məlumat verilmir. Qruplardan heç biri hələlik cinayətə görə məsuliyyəti üzərinə götürməyib.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər