22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Dünya çempionatında Rusiya Federasiyası və Belarusun bayraqlarının nümayişinə qadağa qoyulub
Tarix: 08-05-2024 20:05 | Bölmə: Manşet

Beynəlxalq Buzlu Xokkey Federasiyası 2024-cü ildə keçiriləcək dünya çempionatında azarkeşlərin Rusiya və Belarus bayraqlarından istifadəsinə qadağa qoyub. Dünya çempionatı Çexiyada baş tutacaq.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə IIHF-nin mətbuat xidməti məlumat yayıb. Onun bəyanatında deyilir: “Turnir zamanı matçlarda yalnız iştirakçı ölkələrin dövlət bayraqlarının nümayişinə icazə veriləcək”. Beləliklə, xokkeysevərlər rus üçrənglisini tribunalara gətirə bilməyəcəklər.
Xatırladaq ki, ötən il Finlandiya və Latviyada keçirilən dünya çempionatında Tampere və Riqadakı arenaların tribunalarında Rusiya və Belarusun bayraqları da qadağan edilmişdi. Bu, IIHF-nin iki ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar və onların beynəlxalq yarışlardan kənarda qalması ilə bağlıdır.
2024-cü ildə dünya çempionatı Çexiyanın Praqa və Ostrava şəhərlərində keçiriləcək. Turnir mayın 10-da başlayacaq və 26-na kimi davam edəcək.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər