14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Böyük Britaniyanın hakim partiyası regional seçkilərdə yerlərinin təxminən yarısını itirib
Tarix: 05-05-2024 21:54 | Bölmə: Dünya

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası yerli seçkilərdə regional qanunvericilik məclislərindəki yerlərinin yarısını itirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ekspertlərin hesab etdiyinə görə, Torilər 2024-cü ildə keçiriləcək ümumi seçkilərdə də sarsıdıcı məğlubiyyətə uğrayacaqlar.
"Sky News" xəbər verir ki, mayın 2-də keçirilən seçkilərdən bəri Mühafizəkarlar 474 yer itiriblər və indi yalnız altı şuraya nəzarət edirlər. Eyni zamanda, Leyboristlər 107 şuradan 51-nə nəzarət edir, onların əlindəki yerlərin sayı 186 (1158-ə qədər) artıb.
Liberal Demokratlar Partiyası 522 yer (+104 mandat), Yaşıllar Partiyası 181 yer (+74) alıb.
Leyboristlər Partiyasını təmsil edən Sadiq Xan ardıcıl üçüncü dəfə Londonun meri seçilib.





Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər