22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
İsrail polisi "Əl-Cəzirə" ofislərinin avadanlıqlarını ələ keçirib
Tarix: 05-05-2024 20:12 | Bölmə: Dünya

Qətərin “Əl-Cəzirə” televiziya şirkətinin Qüdsdəki ofislərində axtarış aparılır, polis avadanlıqları müsadirə edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə bazar günü İsrailin rabitə naziri Şlomo Karya məlumat verib.
“Biz Əl-Cəzirəni bağlayırıq”, - rəsmi X sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, reydlər hüquq-mühafizə orqanlarının əməkdaşları və nazirliyin iştirakı ilə keçirilir.
Bundan əvvəl İsrail hakimiyyəti ölkədəki "Əl-Cəzirə" telekanalını bağlamaq qərarına gəlib. Baş nazir Benyamin Netanyahu bildirib ki, “təxribat kanalı” ilə bağlı müvafiq qərar artıq hökumətdə yekdilliklə qəbul edilib.
İsraildə fəaliyyət göstərən "Əl-Cəzirə" filialının bağlanmasına icazə verən qanun layihəsi aprel ayında ölkə parlamenti tərəfindən təsdiqlənib.




Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər