Bütün xəbərlər
Blinken: "ABŞ Qəzzalılar üçün “dəhşətli əzablara” son qoymaq istəyir"
Tarix: 29-04-2024 15:18 | Bölmə: Dünya

Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken ABŞ-ın İsraili dəstəklədiyini, lakin Qəzza zolağı xalqının “dəhşətli iztirablarını” dayandırmağa sadiq olduğunu söylədi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun tədbirində deyib: "Biz İsraili güclü şəkildə dəstəkləyirik... lakin eyni zamanda Qəzzada hər gün gördüyümüz dəhşətli iztirablara son qoymaq üçün mümkün olan hər şeyi etməyə qərarlıyıq".
Blinken ABŞ-ın Qəzza zolağının Rəfah şəhərində İsrailin mümkün əməliyyatını dəstəkləməyəcəyini, çünki Ağ Evin əməliyyat zamanı “mülki əhalinin müdafiə olunacağını inandırıcı şəkildə ifadə edən” planı görmədiyini vurğulayıb.
Həmçinin, onun sözlərinə görə, NATO-nun Rusiyaya qarşı heç vaxt “dizaynı” olmayıb və olmayacaq.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər