14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
BMT Baş Assambleyasının Rəhbərlər Şurası İstanbul razılaşmaları əsasında Ukraynada sülhün bərqərar olmasına çağırıb
Tarix: 03-05-2024 21:53 | Bölmə: Dünya

BMT Baş Assambleyasının Prezidentlər Şurası 2022-ci il İstanbul sazişləri əsasında Ukraynada münaqişənin həlli üçün sülh prosesinin başlanmasına çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bəyannamə Şuranın mayın 3-də Qətərdə keçirilən iclasından sonra qəbul edilib. Yada salaq ki, İstanbul müqaviləsi Ukraynanın neytrallığını nəzərdə tuturdu. Buraya, həmçinin BMT-nin himayəsi altında referendum formasında işğal olunmuş ərazilərin öz müqəddəratını təyinetmə qərarı da daxildir.
Dərc edilmiş sənəddə qeyd edildiyi kimi, “belə tədbirlər tərəflər arasında münaqişənin hərtərəfli həllinə gətirib çıxara bilər”.
Bundan əlavə, BMT Baş Assambleyasının Prezidentlər Şurasının üzvləri münaqişə tərəflərini dərhal məhbusları dəyişdirməyə çağırıblar.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər